Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. Repetitorluğun birdən-birə ləğvi mümkün deyil.Sherg.az xəbər verir ki, bunu elm v
Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır.
Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv edilməsi ilə bağlı təkliflər hazırlanır".Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, repetitorluğun mərhələli şəkildə ləğv edilməsi ilə bağlı təkliflər təhsil sisteminin strukturunda ciddi dəyişikliklərə səbəb ola bilər:“Repetitorluq, xüsusilə ali məktəblərə qəbul imtahanlarına hazırlıq prosesində geniş yayılmış bir fenomen olmaqla, bir çox şagird və valideynlər üçün alternativ dəstək mexanizmi rolunu oynayır.
Bu təklifin həyata keçirilməsi üçün məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim hazırlığının gücləndirilməsi və kurikulumun daha effektiv şəkildə tətbiq edilməsi vacibdir.
Azərbaycanda ümumtəhsil məktəblərində tədrisin keyfiyyəti müxtəlif amillərdən asılıdır.
Son illərdə təhsil sistemində bir sıra islahatlar həyata keçirilsə də, bəzi sahələrdə hələ də çatışmazlıqlar mövcuddur.
Mövcud reallıq göstərir ki, repetitorluq bir çox hallarda məktəblərdə təhsilin kifayət qədər effektiv olmaması səbəbindən meydana çıxır.
Müəllimlərin peşəkarlıq səviyyəsi, tədris proqramlarının müasir tələblərə uyğunluğu və məktəblərin maddi-texniki bazası kimi amillər təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.