Ekspert rəqəmləri müqayisə etdi: Səbəb bahalaşmadır

13.08.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 milyard 80 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb - satış 2025-ci ilin yanvar-iyul aylarına nisbətən 23.8% artıb.  Yaxşı, nə baş verib? 

İnsanlar daha çox xəstələnir? Ola bilər, amma, bu barədə məlumat yoxdur, deməli dərmanların qiyməti kəskin artıb, bahalaşmaya görə vətəndaşın da dərman xərcləri son 1 ildə 24%-ə yaxın artıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib ki, rəsmi məlumata əsasən, 2026-cı ilin yanvar-iyul ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 327 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 4.9% çoxdur: 

“İzahına gəldikdə bu ilin əvvəlindən benzin 5 qəpik, dizel yanacağı 10 qəpik bahalaşıb - əsas səbəb budur. Yəni, bu məsələdə də əsas faktor qiymət artımıdır. 

Rəsmi olaraq, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq məhsul satılmışdır - əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 19,3 milyard manat xərcləyib. 

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərcləyib.

Əvvəla onu deyim ki, istənilən ölkədə vətəndaşların ay ərzində xərclədiyi vəsaitin 50%-i civarında ərzaq məhsullarına gedirsə, həmin ölkə vətəndaşları kasıb sayılır. 

Son 1 ildə ərzaq, içki, tütün məhsullarına eyni dövr üçün xərclər 1 mlrd. 540 mil. manat artıbsa, bu da inflyasiya, qiymət artımının göstəricisidir. Nəticə isə odur ki, ölkədə insanların real gəlirləri artmır, ÜDM artım tempi aşağıdır, əlavə dəyər yaratmaq kimi problemimiz var, iqtisadi aktivlik zəifdir – amma, qiymət artımı nəzərəçarpacaq dərəcədə davam edir”.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью