Icma.az, Apa.az saytına istinadən bildirir. Yəqin ki, noyabrın 17-də Rusiya Ukraynaya hücum etmək üçün 2,5 ay ərzində topladığı raket silahl
APA bu barədə Espreso məlumat yayıb. Bu sözləri aviasiya üzrə ekspert Anatoli Xrapçinski bildirib.
Onun sözlərinə görə, Rusiya hələ də müxtəlif tipli raketlər istehsal etmək imkanını saxlayır, lakin sanksiyalara görə, artıq müəyyən qıtlıq və komponentlərin qiymətində artım müşahidə olunur.
“Onlar əllərində olan demək olar ki, bütün növ raket silahlarından istifadə ediblər.
Rusiya tərəfi ballistik, aeroballistik raketlərlə hücum ediblər. Zirkon raketləri və s.
Yəni Rusiya 2,5 ayda toplaya bildiyi hər şeyi istifadə edib. İndi biz raket qalıqlarının analizini aparacağıq.
Çünki bu raketlərin buraxılış tarixlərini bilmək çox vacibdir”, - Xrapçinski qeyd edib.
Onun sözlərinə görə, raket qalıqlarının təhlili əsasında Rusiya Federasiyasının istehsal gücü barədə nəticə çıxara biləcəklər.