Ekspert: Rusiya 2,5 ayda toplaya bildiyi bütün arsenalından istifadə edib | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yəqin ki, noyabrın 17-də Rusiya Ukraynaya hücum etmək üçün 2,5 ay ərzində topladığı raket silahlarının bütün arsenalından istifadə edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Espreso məlumat yayıb.
Bu sözləri aviasiya üzrə ekspert Anatoli Xrapçinski bildirib.
Onun sözlərinə görə, Rusiya hələ də müxtəlif tipli raketlər istehsal etmək imkanını saxlayır, lakin sanksiyalara görə, artıq müəyyən qıtlıq və komponentlərin qiymətində artım müşahidə olunur.
“Onlar əllərində olan demək olar ki, bütün növ raket silahlarından istifadə ediblər.
Rusiya tərəfi ballistik, aeroballistik raketlərlə hücum ediblər. Zirkon raketləri və s.
Yəni Rusiya 2,5 ayda toplaya bildiyi hər şeyi istifadə edib. İndi biz raket qalıqlarının analizini aparacağıq.
Tam oxu
Xəbəri oxu