Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 fevral, AZƏRTAC Fevralın 20-də Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilən işlərə və qarşıda duran vəzifələrə dair növbəti iclası keçirilib.AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısının 2001-ci ildə təsdiq edildiyini bildirib.Nazir müavini siyahının yenilənməsinə ciddi ehtiyac olduğunu bildirərək deyib: “Həmin siyahıya müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb.
Aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib.
Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlum olduğu kimi, 2001-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklə
Bütün məqamlar reyestrin yenilənməsi zamanı nəzərə alınacaq.
Yeni reyestr bəzi tarixi abidələrin məlumatlarının yenilənməsini təqdim edəcək”, - deyə o əlavə edib.Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.Şuranın fəaliyyəti çərçivəsində daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi məqsədilə Ekspertiza aktı formaları hazırlandığını vurğulayan professor deyib: “Ekspertiza aktları memarlıq və arxeoloji abidələrin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatından çıxarılması, eləcə də zəruri dəyişikliklərin edilməsi üçün nəzərdə tutulub.
Həyata keçirilən monitorinqin nəticələri ekspertiza aktları ilə şura üzvlərinə təqdim olunub.
İndiyədək 300-dən artıq nümunəyə dair ekspertiza aktları hazırlanaraq şuranın müzakirəsinə təqdim edilib.