Ekspert: Tramp Qəzzada atəşkəs üçün Netanyahuya təzyiq edir

21.01.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında tarixi atəşkəs razılaşmasının əldə olunmasında mühüm rol oynayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində amerikalı hüquq müdafiəçisi və ABŞ Kommunist Partiyasının üzvü Kristofer Helali bildirib.

“Donald Tramp bu razılaşmaya nail olmaq üçün İsrailin baş naziri Benyamin Netanyahuya təzyiq göstərə bildi. Bu tarixi hadisə Trampın andiçmə mərasimindən əvvəl baş verib”, - deyə Helali qeyd edib.

Atəşkəs həftələrlə davam edən danışıqlardan sonra, Co Baydenin ABŞ administrasiyası münaqişə tərəfləri arasında bir ildən artıqdır ki, atəşkəsə nail ola bilmədikdən sonra əldə edilib. “Bu, hətta Trampı tənqid edənlər üçün də mübahisə etməsi çətin olan bir uğurdur”, - hüquq müdafiəçisi əlavə edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью