Ekspert yeni BakıSumqayıt marşrutunun əsas üstünlükləri AÇIQLADI | Icma.az
Redaktor.az saytına istinadən Icma.az xəbər verir. Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutlar fəaliyy
Bu nəqliyyat vasitələri Sumqayıt Avtovağzalı - “20 Yanvar” və əks istiqamətdə hərəkət edəcək. Gediş haqqı 0,80 qəpik müəyyən olunub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, qanuni sərnişindaşımanın təşviqi sərnişinlərə daha keyfiyyətli xidmət təklif etməyə imkan yaradır: "20 Yanvar ərazisində uzun müddət qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslər əraziləri zəbt edərək, nizamsızlıqlar yaradıblar.
Avtomobil, mikroavtobus kimi nəqliyyat vasitələri həmin yerləri doldururdu.
Bu səbəbdən də qanuni sərnişin daşınması üçün hər hansı bir dayanacaq, sərnişinlər üçün yerlərin təşkil olunması çox çətin idi.
Artıq Sumqayıt-Bakı və əks istiqamətdə sərnişinlər üçün yeni ekspress avtobus marşrutları fəaliyyət göstərir.
Bu marşrutların əsas üstünlükləri sərnişinlərin mənzil başına daha tez çatmasını təmin edən qısa və sürətli hərəkət qrafikidir.
Nəqliyyat vasitələri müasir və komfortlu olmaqla yanaşı, yüksək təhlükəsizlik standartlarına uyğun hazırlanıb".
Tam oxu
Xəbəri oxu