Ekspert: Yerli istehsal maşınlarla bağlı marketinq çox bərbad vəziyyətdədir | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar ayında Azərbaycanda 235 ədəd minik avtomobili, 8 ədəd isə yük avtomobili istehsal edilib.“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 42.1%, yük avtomobili istehsalı isə 87.3% azalıb.Qeyd edək ki, cari ilin fevral ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 141 ədəd minik, 4 ədəd isə yük avtomobili təşkil edib.Hesabat dövründə ölkədə 46 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% azdır.Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, Azərbaycanda avtomobil istehsal edilmir:“Başqa ölkələrdən detallar gətirilir və burada yığılır.
Digər tərəfdən 235 ədəd o qədər də az rəqəm deyil. Amma biz bunu istəmirik.
Biz arzu edir ki, gələcəkdə özümüzün bazamız olsun, öz modelimizi yaradaq, avtomobilimizi istehsal edək və milli brendimiz formalaşsın.
Başqa ölkələrin məhsullarının burada yığılması ilə isə təcrübə toplamış kimi sayılırıq.
Lakin ən yaxşısı o olar ki, biz elə öz brendimizi yaradaq və dünyaya təqdim edək.
Ancaq bunun hazırda nə dərəcədə real və mümkün olduğunu deyə bilmərəm. Mənə elə gəlir ki, bir gün bu baş tutacaq.
Həmçinin Azərbaycanda yığılan bu avtomobillərə də kifayət qədər maraq var.
Tam oxu
Xəbəri oxu