Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Tələbələrin, gənclərin sağlamlığı məhv edilir“Köşk sahibi və köşkün orada yerləşdirilməsi
“Qoyulub” sözü vəziyyəti real əks etdirmir. Daha uyğun ifadə “səkiyə ticarət köşkü dürtüblər”, olsa gərək. Kənardan bu, aydın görünür.
Məqsəd bəllidir. Səki ilə hər gün minlərlə tələbə o tərəf-bu tərəfə addımlayır.
Təbii ki, köşkdə satılan mallar – xüsusən siqaret və kimyəvi qatqılı, zərərli atışdırmalıqlar – çipsilər, Cola, Fanta, cizi-mizi… gənclərin diqqətini çəkəcək və qeyri-ixtiyari köşkə doğru istiqamətlənəcəklər.
Köşk sahibi və köşkün orada yerləşdirilməsinə izin verənlər də qaz vurub, qazan dolduracaq.
Tələbələrin, gənclərin sağlamlığını məhv etmələri hesabına. Siqaret satışı təhsil müəssisələrindən uzaq olmalıdır, dənə ilə satılmamalıdır,
Tələbələr kimi. Xatırladaq ki, vaxt vardı, bu ali təhsil müəssisələrinin önündə gətirib atraksionlar da quraşdırılmışdı.
Bir neçə həqiqi ziyalı etiraz etdikdən sonra yığışdırmaq məcburiyyətində qaldılar.