Ekspertdən mühüm TƏKLİF: “Təcili olaraq Böyükşor gölünün…”

09.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Bəzi yollarda tıxacın qarşısını almaq mümkündür”.

Bu sözləri Globalinfo.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, əsasən də Ziya Bünyadov prospektində bunu etməyin mümkünlüyünü qeyd edib:

Aslan Əsədov

“Təcili olaraq Böyükşor gölünün üstündən keçən yolun Ziya Bünyadov prospektinə birləşən hissəsində dairəni dağıdıb, normal işıqfor qurmaq, avtobus dayanacağını da 100 metr geriyə çəkmək olar. Eyni zamanda Santralın qarşısındakı hissəni yola qatmaq lazımdır. Beləcə tıxac həll olunar.

Düşünürəm, təklif tıxacın aradan qaldırılmasına təkan olar”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью