Ekspertdən süni intellektlə bağlı çağırış: “Həssas və riskli mövzularda...”

31.08.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İranın əsas neft ixrac mərkəzlərindən biri olan Xark adasının məhv edildiyini göstərən video yayıb. “Reuters” agentliyi isə araşdırma apararaq videonun süni intellekt vasitəsilə hazırlandığını aşkara çıxarıb. Bununla bağlı ekspertlər arasında müzakirələr davam edir.

İT ekspert Əmrah Mövsümzadə Musavat.com-a açıqlamasında bildirib ki, məsuliyyətin yalnız videonu hazırlayan şəxsin üzərində olması düzgün deyil:

Süni intellektlə hazırlanmış saxta kontentin hazırlanması bir problemdirsə, onun həqiqət kimi təqdim edilərək geniş auditoriyaya yayılması da ayrı və daha ciddi problemdir. Xüsusilə, söhbət müharibə və hərbi əməliyyatlardan gedirsə, görüntünün saxta yoxsa real olması insanların informasiya qəbuluna, ictimai rəyə, hətta bazarlara və təhlükəsizlik qərarlarına ciddi təsir edə bilər. Məhz buna görə də “mən sadəcə paylaşdım” əsaslandırması kifayət deyil. Digər tərəfdən hər bir istifadəçidən “fact checking” aparmasını gözləmək real deyil. Sadəcə istifadəçi görüntünün həqiqiliyinə əmin deyilsə, onu paylaşmamalıdır. Ən doğru yanaşma “iddia olunur”, “təsdiqlənməyib” kimi ifadələrdən istifadə etmək və məlumatın mənbəyini açıq göstərməkdir”.

Ekspertin fikrincə, məsuliyyət mərhələli olmalıdır:

“Birinci dərəcəli məsuliyyəti kontenti hazırlayan şəxs daşıyır. Onu yayan şəxs də məsuliyyətdən kənarda qala bilməz. Platformalar da ayrı məsuliyyət daşıyır. Onlar saxta və manipulyasiya edilmiş kontentin müəyyənləşdirilməsi, etiketlənməsi və zəruri hallarda yayılmasının məhdudlaşdırılması üçün effektiv mexanizmlər hazırlamalıdırlar. META AI tərəfindən yaradılan və manipulyasiya edilən kontentin müəyyən hallarda etiketlənməsi üçün mexanizmlər tətbiq edir. Fikrimcə, əsas prinsip “doğruluğuna əmin deyilsənsə, fakt kimi paylaşma” olmalıdır. Xüsusilə müharibə, terror seçki, təbii fəlakətlər, dövlətlərarası qarşıdurmalar kimi, həssas və riskli mövzularda informasiyanın sürətlə yayılmasından daha çox, etibarlılığı daha önəmlidir. Süni intellekt dövründə informasiya savadlılığı və vizual “fact checking” əlavə bacarıq deyil, əsas təhlükəsizlik məsələlərindən biridir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью