Ekspertdən tövsiyə: avtomobilinizdə xiyar gəzdirin

05.12.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xiyar soyuq mövsümdə sürücülərin işinə yaraya bilər. 

Avtosfer.az xəbər verir ki, bu barədə britaniyalı ekspertlər “Sun” nəşrinə müsahibədə bu bitkinin faydalı xüsusiyyəti barədə məlumat veriblər.

Qış vaxtı şüşələrin tərləməsi sürücülərə ciddi problem yaradan məsələdir. Sən demə, problemi xiyarla qısa müddətə aradan qaldırmaq mümkünmüş.

Avtomobilin şüşələrini yaxşı təmizlətib quruladıqdan sonra xiyarı ortadan bölərək şüşəyə çöldən və içəridən sürtmək lazımdır. Onun tərkibindəki xüsusi yağ suyu kənarlaşdırır, şüşəni tərləməyə və donmaya qarşı qoruyur. 

Xiyar ucuz olmaqla yanaşı, ekoloji cəhətdən də təhlükəsizdir, bahalı vasitələrə pul verməyə ehtiyac qalmır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью