Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
“Aptekdə satılan bəzi dərmanların nəzarətsiz qəbulu ağır toksikomaniyaya səbəb ola bilər”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sertifikatlaşdırılmış kimyəvi asılılıq mütəxəssisi, “Restart” Reabilitasiya Mərkəzinin proqram rəhbəri Əjdər Bəşirov danışıb.
O bildirib ki, xüsusilə “Lyrica” (preqabalin - "Lirika"), tramadol və oxşar psixoaktiv təsirə malik preparatlardan istifadə ciddi fəsadlar yaradır: Toyuqlu pizza
“Bir çox insanlar bu tabletləri gün ərzində 5-10 dəfə qəbul edirlər. Bu, narkomaniyadan da ağır vəziyyət yarada bilər. “Lyrica”, preqabalin, tramadol kimi dərmanlardan istifadə etsələr də, özlərini narkotik asılılığı olan biri kimi qəbul etmirlər. Halbuki bunların hamısı psixoaktiv təsirə malik, asılılıq yarada bilən preparatlardır”, – deyə mütəxəssis bildirib.
Ə.Bəşirovun sözlərinə görə, bu preparatların nəzarətsiz istifadəsi qısa müddətdə həm psixoloji, həm də fiziki sağlamlığa ciddi zərər vurur:
“Bu dərmanlar psixologiyanı pozur, mədəyə və digər daxili orqanlara zərər verir. İnsan reallıq hissini itirir, lakin ən təhlükəli məqam odur ki, vəziyyətini problem kimi qəbul etmir. Bu artıq toksikomaniyadır və ondan qurtulmağın ən effektiv yolu peşəkar reabilitasiya proqramına müraciət etməkdir”.