Ekspertizanın aparılması qaydası dəyişir

07.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ekspertizanın aparılması qaydası dəyişir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mülki-Prossesual Məcəlləyə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə, ekspertiza məhkəmə iclasında keçirilə bilər. Tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına və ya ekspertiza idarəsinə gətirmək mümkün deyilsə, habelə çətinlik yaradırsa, ekspertiza məhkəmə iclasından kənar (tədqiqat obyektinin olduğu yerdə) keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar (tədqiqat obyektinin olduğu yerdə) ekspertizanın keçirilməsindəiştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər.

Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər. İşdə iştirak edən şəxslərin tədqiqat obyektinin olduğu yerdə tədqiqatın aparılmasında iştirak etməməsi tədqiqatın dayandırılması və ya təkrarlanması üçün əsas deyildir.

Tədqiqat obyektinin olduğu yerdə ekspertiza aparılan zaman məhkəmə tərəfindən ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin, işdə iştirak edən şəxslərin tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olması, tədqiqatın aparılması təmin edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью