Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bu barədə Associated Press (AP) xəbər agentliyi məlumat yayıb.
Təyyarə qəzasından sonra çaydan 19 cəsəd çıxarılıb - VİDEO Agentlik qeyd edib ki, çərşənbə günü axşam Amerika paytaxtında sərnişin təyyarəsinin hərbi vertolyotla toqquşmasından sonra ekspertlərin qorxduğu proqnoz təsdiqləndi.
AP United Airlines-ın təqaüdçü kapitanı Ross Eymerdən də sitat gətirib: "Bu, baş verməsi gözlənilən bir fəlakət idi.
Bizim kimi mütəxəssislər, ətrafımızda olanlar uzun müddətdir ki, sanki havaya söz deyirdilər...
Hər kəs xəbərdar edirdi ki, sistemlər yüklənir, qəzalar baş verə bilər".
Xatırladaq ki, dünən Vaşinqtonda uçuş-enmə zolağına yaxınlaşan sərnişin təyyarəsi “Black Hawk” helikopteri ilə toqquşub.
Qəzadan sonra təyyarə hava limanının yaxınlığında olan Potomak çayına düşüb.
Təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirirmiş.