Ekspertlər xəbərdarlıq edir KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. Son illərdə bəzi gözəllik salonlarında və qeyri-peşəkar mərkəzlərdə botoks, dolğu, sa
Mütəxəssislər bunun sağlamlıq üçün ciddi risk yaratdığını bildirir. KONKRET.az Yenisabah-a xəbər verir ki, dermatologiya üzrə uzman Prof.
Dr. Burhan Engin qeyd edir ki, sosial mediada yayılan reklamlar və ucuz qiymətlər insanların seçimlərinə təsir göstərir.
Lakin belə yerlərin əksəriyyəti nə Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənir, nə də steril və peşəkar tibbi şəraitə malikdir.
Onun sözlərinə görə, bu cür prosedurlar nəticəsində ağır infeksiya, allergik reaksiyalar və üz quruluşunda müxtəlif dəyişikliklər yarana bilər.
Professor xüsusilə saxta və keyfiyyətsiz botoks məhsullarının təhlükəli olduğunu vurğulayıb: “Ucuz qiymətlə edilən botoks, çox vaxt saxta məhsulun istifadə olunduğunu göstərir.
Bu isə qalıcı əzələ iflici, göz qapağı sallanması, asimmetrik üz ifadəsi kimi ciddi fəsadlara səbəb ola bilir”.
Mütəxəssis saç və qaş əkiminin də qeyri-qanuni mərkəzlərdə aparılmasına qarşı çıxır: “Saç əkimi cərrahi prosedurdur və yalnız xəstəxana və ya rəsmi klinikalarda, dermatoloq və ya plastik cərrah tərəfindən icra edilməlidir.
Tam oxu
Xəbəri oxu