Ekspertlərdən Əmrullayevə SƏRT sözlər: “Bəs 4 saat dəsr deyəni müəllim hesab etmirdin?” | …
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq. Dərs demək üçün hər gün Bakıdan Xankəndiyə gedən, axşam yenidən Bakıya qayıdan müəllimənin
Tribuna xəbər verir ki, təhsil üzrə ekspert Elşən Qafarov nazirin etdiyi hərəkətlərdə səmimi olmadığını hesab edir.
Ekspert bildirib ki, naziri dərsin keyfiyyəti, müəllimin sağlamlığı yox, etdiyi fədkarlıq maraqlandırır: “Gənc xanım müəllimin 400 km yol gedib, 2 saat dərs deyib, yenidən 400 km geri qayıtması ilə fəxr edəcək qədər ” səmimi” nazirimiz var.
400 km yol gedən mütəxəssis, o 5-6 saatlıq yol yorğunluğundan sonra auditoriyada hansı keyfətlə tədris edəcək bu suala kim cavab verəcək?
Lap deyək ki, öz seçimidi, bəs tədrisin keyfiyyəti… Bir də axı heç 4 saat dərs deyənə biz müəllim demirdik, nə oldu?”.
Ali təhsil üzrə eksper, dosent İlham Əhmədov isə hesab edir ki, nazirin sosial şəbəkədə yazdıqlarını o özü deyil ya katibəsi, ya da köməkçisi yazır: “Təhsilin yüzlərlə problemləri qalıb kənarda.
Amma bir qrup jurnalist və FB istifadəçiləri nazirin katibəsi ya da köməkçisi hansısa statusa rəy yazıb, bunu gündəmə çeviriblər.
Əmrullayev və ətrafı yaxşı bilir ki, bu ölkədə ən çox narazılıq məhz təhsil sahəsindəndir, yəni onun fəaliyyətindəndir.
Tam oxu
Xəbəri oxu