Ekspertlərdən xəbərdarlıq: Britaniya ordusu dron dövrünə hazırlaşmalıdır

20.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 20 noyabr, AZƏRTAC

Rusiya-Ukrayna müharibəsi və müasir döyüş əməliyyatlarında dronlardan geniş istifadə olunması Britaniya ordusunun strukturunda köklü dəyişikliklərin aparılmasını zəruri edir

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın aparıcı hərbi tədqiqat mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) yeni hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, bu proseslər silahlı qüvvələrin strukturunda köklü dəyişikliklərin aparılmasını zəruri edir. Ekspertlərin fikrincə, Ukrayna və Rusiya arasında davam edən müharibə ənənəvi hərbi taktikanın dəyişdiyini və pilotsuz uçuş aparatlarının döyüş meydanında həlledici rol oynadığını nümayiş etdirir.

Hesabatda bildirilir ki, Britaniya ordusunun tam heyətlə təchiz olunmuş yüngül piyada batalyonu 561 hərbi qulluqçudan ibarətdir. Ukrayna ordusunun pilotsuz uçuş aparatlarından istifadə təcrübəsi Britaniya ordusunda tətbiq edilərsə, batalyon şəxsi heyətinin təxminən 45 faizi dron əməliyyatları ilə məşğul olmalıdır.

RUSI ekspertləri xəbərdarlıq edirlər ki, müasir müharibənin tələblərinə uyğunlaşmayan ordular döyüş meydanında ciddi itkilərlə üzləşə bilər. Məlumata görə, Britaniya ordusunda dronlarla işləyən ixtisaslaşmış bölmələrin sayı hazırda olduqca azdır və onların texniki təminatı məhduddur. Hərbçilər bildirirlər ki, bəzi bölmələrdə onlarla şəxsin təlim keçməsi üçün cəmi bir neçə pilotsuz uçuş aparatı mövcuddur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью