Ekspres avtobuslar harada dayanır? MƏKANLAR

15.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi ilə əlaqədar yeni ekspres avtobus marşrutları açılıb.

Moderator.az xəbər verir ki, ekspres marşrutların təşkili metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat imkanlarının təmin olunmasına xidmət edir.

Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.

Yeni ekspres marşrutlar:

M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью