“Ekspres avtobuslara mindinsə, elə bil, dustaqsan”

14.09.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Avtoblogger Araz Mübarizoğlu Bakıda metro xətlərinin ayrılması fonunda istifadəyə buraxılan ekspres avtobusların hərəkəti və yollarda yaranan sıxlıqla bağlı narazılığını bildirib.

“Bakupost” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

A.Mübarizoğlu M2 ekspres avtobusuna minərək “28 May” metrosu istiqamətində hərəkət etdiyini, yolda ciddi sıxlıqla qarşılaşdığını qeyd edib:

“Bu hələ 15 sentyabr deyil. 900 metr yolu getdikdən sonra Şəmsi Bədəlbəyli küçəsində belə bir solo konsertlə qarşılaşırsan. Şəhərə artıq nə maşınla gediləsidir, nə avtobusla, nə də mikromobillərlə. Qısacası, çıx eyvanda hava al, gir evə...

Bu avtobusların başqa pis tərəfi də var. “Nizami”də oturdunsa, “28 May”a kimi dustaq olub içəridə qalmalısan. Başqa yerdə sənə qapı açmır”.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью