Ekstrasensasional proqnozlar artist gedəcək, ...şenkolar gələcək deyirlər | Icma.az
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Gələcəyi görmək belə olar: “Sayılı günlər qaldı... Hazırlaşın.
Od görürəm, tonqal ətrafında toplanmış insanlar görürəm. Gecəykən qapılar döyüləcək. Qapı pusaraq insanları dinləmək adi hala çevriləcək.
Qazon parçaları süfrələrə qoyulacaq. Əllərində boyalı yumurta olan uşaqlar o yana-bu yana qaçışacaq”.Dahiyanə deyilmi? Məhz elədir.
Bircə şeyə təəssüf ki, həmkarım Elman Cəfərli bunu məzə üçün, yalançı falçıları, əldəqayırma proqnozçuları parodiya edərək yazıb.Düzdür, sayılı günlərdən sonra onun yazdıqlarının hamısı doğrulacaq, amma bütün bunlar ona görə olacaq ki, bu xalq min illərdir Novruz bayramını bu və ya digər şəkildə bu cür hərəkətlərlə qeyd edir.Yeni çıxmış fırıldaqçı ekstrasenslər isə bu olacaq işləri, oxumuş adamlar demişkən, rutin şeyləri bizə irəlini görürmüşlər kimi sırıyırlar.
Nə vaxt baxırsan, saytlar psevdo-Nostradamusların səfeh-səfeh proqnozları ilə dolub-daşır.“Müəllim, yazmağa mövzu yoxdur”.
“Niyə yoxdur, zəng elə Zirəddinə, nə deyirsə, yaz, başqaları da götürüb paylaşacaq”. Vəssalam. Mövzu tapıldı.
O sağ olmuş da heç olmasa bircə dəfə demir ki, vallah, üstümdə hazır proqnoz yoxdur, 1 saatdan sonra, ya da ertəsi gün zəng edin, gələcəyə baxım, görüm, bir şey görürəmmi.Elə şey yoxdur, jurnalistdən zəng gəlibsə, ekstrasens mütləq gələcəyi görməlidir.
Göyün buludlu, havanın dumanlı olmasının onlara dəxli yoxdur, onlar gələcəyi teleskopsuz görürlər.Budur, ekstrasens yoldaş (Zirəddin Rzayev) yenə gələcəyi görüb.
Tam oxu
Xəbəri oxu