Ekstremal hava müqəddəs şəhərlərdə ciddi fəsadlar törədib VİDEO

07.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə kəskin hava şəraiti ilə üzləşib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağış daşqınlara, toz fırtınalarına və doluya səbəb olub.

"Vəziyyət təhlükəlidir və hakimiyyət orqanları ictimai təhlükəsizliyi təmin etmək üçün yüksək hazırlıq vəziyyətindədir", - KİV qeyd edib. 

Bildirilir ki, ekstremal hava müqəddəs şəhərlərdə ciddi fəsadlar törədib. Yolları su basıb, gediş-gəliş çətinləşib. Toz fırtınaları görmə qabiliyyətini azaldır, sakinlərin və ziyarətçilərin üzləşdiyi çətinlikləri artırır.

Səlahiyyətlilər əhaliyə xəbərdarlıq edərək insanlara evdə qalmağı və lazımsız səyahətlərdən çəkinməyi tövsiyə edib. 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью