Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Ekvador millisinin hücumçusu Enner Valensiya yığmadakı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 35 yaşlı forvard bu qərarı DÇ-2026-nın 1/16 finalında Meksikaya 0:2 hesablı məğlubiyyətdən sonra açıqlayıb.
Final fitindən sonra emosiyalarını cilovlaya bilməyən Valensiya meydanda diz çökərək göz yaşlarına hakim ola bilməyib.
Təcrübəli futbolçu yığma ilə vidalaşdığını bildirib:
“Kədərliyəm, amma eyni zamanda rahatam. Çünki hər zaman Ekvador yığmasına sadiq olmuşam. Bu, millidəki son oyunum idi. Hamı ilə sağollaşdım. Çox qəmli gündür və vidalaşmağımın məhz bu cür olmasını istəməzdim”.
Qeyd edək ki, Enner Valensiya 2012-ci ildən Ekvador millisində çıxış edirdi. O, yığmanın heyətində keçirdiyi 109 oyunda 49 qol vurub və 15 məhsuldar ötürmə edib. Hücumçunun aktivində 15 sarı və 2 qırmızı vərəqə də var.
İnfantino Trampa DÇ-2026 biletləri hədiyyə edib Braziliya millisinə ciddi itki: Norveçlə oyunu buraxacaq İngiltərə millisinin əşyalarını oğurlayanların Kimliyi bəlli oldu DÇ-2026: Meksika 1/8 finala yüksəldi - YENİLƏNİB DÇ-2026: Fransa 1/8 finalda! - YENİLƏNİB