Ekvador millisinin forvardı Moskva klubunda?

27.12.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ekvador millisinin və Belçikanın "Serkl Brügge" klubunun hücumçusu Alan Minda karyerasını Rusiya Premyer Liqasında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Trivela" yayıb.

Xəbərə görə, "Monako" (Fransa) və "Flamenqo"nun (Braziliya) da diqqətdə saxladığı gənc forvardın xidmətində Moskva MOİK-i maraqlıdır. 

Minda "Serkl Brügge"yə 2023-cü ilin yayında Ekvadorun "İndependyente del Valye" klubundan transfer olunub. Cari mövsüm bütün turnirlərdə 27 matça çıxan ön xətt oyunçusu 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun belçikalılarla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Alanın transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Nihat  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью