Ekvador millisinin yeni baş məşqçisi məlum olub

14.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 sentyabr, AZƏRTAC

Argentina millisinin sabiq futbolçusu Marselo Qalyardo Ekvador yığmasının baş məşqçisi təyin olunub.

AZƏRTAC Ekvador Futbol Federasiyasına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis bu vəzifədə həmyerlisi Sebastyan Bekkaseni əvəzləyib.

Tərəflər arasında müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.

Bekkasenin rəhbərliyi altında Ekvador yığması 2026-cı il dünya çempionatının 1/16 finalında Meksikaya 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bundan sonra argentinalı mütəxəssisin müqaviləsi yenilənməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью