Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 oktyabr, AZƏRTAC
Ekvador Prezidenti Daniel Noboa hücumdan salamat çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekvador hökuməti məlumat yayıb.
Bildirilir ki, 500 nəfərlik dəstə prezident kortejinə daş atmağa başlayıb. Prezident avtomobilində güllə izləri də aşkar edilib.
Qeyd edək ki, dizel yanacağına subsidiyaların ləğvindən sonra Ekvadorda etiraz aksiyaları ara vermir.