Ekvadorda cinayətkarlar futbolçunun arvadını və uşağını qaçırıb: İdmançı çarpayının altında gizlənib

24.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ekvadorda Cekson Rodriges adlı futbolçunun arvadı və beş yaşlı uşağı qaçırılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" nəşri məlumat verib.

Məlumata görə, futbolçunun axtarışında olan naməlum şəxslər onun Quayakil şəhərindəki evinə soxulublar.

Polis rəisinin sözlərinə görə, "Emelek" klubunun 26 yaşlı müdafiəçisi ifadəsində bildirib ki, evinin pəncərəsindən insanların boz rəngli pikapda gəldiklərini görüb. Cekson Rodriges naməlum şəxslərin qapını qırmaq istədiklərini eşidəndə isə çarpayının altında gizlənib. Onu tapmayan cinayətkarlar arvadını və uşağını qaçırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью