Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. Ekvadorun Quayakil şəhərindəki həbsxanada iğtişaşlar nəticəsində 10-a yaxın məhbus həlak olub,
Oxu.Az xəbər verir ki, bu barədə "Ecuavisa" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, "El Litoral" həbsxanasının yanında yerləşən evlərin sakinləri partlayış və atışma səsləri eşidiblər.
Baş verənlərlə bağlı hələlik rəsmi məlumat yoxdur. Xatırladaq ki, Ekvadorda son illər cinayətlərin sayı kəskin artıb.
Ötən il iyul ayında səlahiyyətlilər eyni gündə baş verən bir neçə qiyamdan sonra ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan ediblər.
Yanvarın 9-da ölkə prezidenti Daniel Noboa ölkədə daxili silahlı münaqişələrin qarşısının alınması haqda fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu