Ekvadorda limanda yanğın 35 qayığa ziyan dəyib

08.06.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Ekvadorun Manabi əyalətindəki limanda yanğın olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Manta Port Authority” limanında baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb, 14 balıqçı, 21 də sürətli qayığa ziyan dəyib.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью