Ekvadorda ralli fəlakəti: 2 ölü, 18 yaralı

01.08.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Amerika ölkəsi Ekvadorda ralli maşınının izdihamın üzərinə sürməsi nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, Ekvadorun Ambato şəhərində təşkil olunan "Vuelta a la República" rallisi faciəyə səbəb olub.

Ralli sürücüsü finiş xəttinə bir neçə metr qalmış avtomobilin idarəetməsini itirərək yolun kənarındakı tamaşaçıların üzərinə sürüb.

İki nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnən an həvəskar kameralara düşüb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью