Ekzoplanetin atmosferində ilk dəfə olaraq Avropium və volfram aşkar edilib

25.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ULTRA-İSTİ Yupiter TOI-1518b-nin atmosferi o qədər istidir ki, metallar orada qazlar kimi mövcud ola bilər. Astronomlar müxtəlif kimyəvi, o cümlədən əvvəllər başqa dünyaların atmosferlərində kəşf edilməmiş elementlərin izlərini aşkar ediblər. Bəzi maddələr planetin bir tərəfində digər tərəfinə nisbətən daha çox nəzərə çarpır.

Məlumatda bildirilir ki,TOI-1518b ekzoplaneti Yer kürəsindən təxminən 737 işıq ili məsafədə yerləşir və səth temperaturu təxminən 7000 dərəcə Selsi olan isti ulduz olan TOI-1518 ulduzunun ətrafında fırlanır. O, ultra-isti Yupiter kimi tanınır: Yupiterdən təxminən iki dəfə böyükdür və radiusu onun ölçüsündən təxminən 1,9 dəfə böyükdür.O, ulduzu ətrafında bir orbitini cəmi 1,9 Yer günündə tamamlayır. Ulduzla yaxınlığına görə tarazlıq temperaturu təxminən 2300 dərəcə Selsiyə çatır. Belə istidə bir çox molekul parçalanır və metallar atmosferdə atom və ion kimi qala bilər.

Alimlər artıq TOI-1518b-nin tərkibi haqqında bildiriblər: onun atmosferində dəmir artıq aşkar edilmişdi. İndi Palermo Astronomiya Rəsədxanasından (İtaliya) Mattia C. D'Arpanın rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu planetin kimyəvi tərkibini daha ətraflı araşdırıb və orbital parametrlərini təkmilləşdirib.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью