El Al Moskvaya bütün uçuşları ləğv etdi

27.12.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin "El Al" aviokompaniyası, Rusiyanın hava məkanında yaranan vəziyyətlə əlaqədar olaraq, bu həftə Təl-Əviv və Moskva arasında bütün uçuşları dayandırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, aviokompaniya gələn həftə uçuşların bərpa edilib-edilməyəcəyinə qərar vermək üçün vəziyyəti yenidən qiymətləndirəcək.

Qeyd edək ki, dekabrın 25-də AZAL aviaşirkətinə məxsus bir təyyarə Aktauda qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik müəyyənləşdirilməyib. Braziliyanın təyyarə istehsalçısı "Embraer" şirkəti texniki dəstək üçün ekspertlərini qəza yerinə göndərib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью