Əl Casir: Sukuklar həddindən artıq borclanma riskini məhdudlaşdırır

18.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 iyun, AZƏRTAC

Xüsusi layihələrin maliyyələşdirilməsi üçün müxtəlif maliyyə alətlərinə ehtiyac duyulur. Sukuk sistemi də həmin alətlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib.

“İİB tərəfindən indiyədək 50 milyard dollarlıq sukuk buraxılıb ki, bunun da 5 milyard dolları yaşıl sukukların payına düşür. İslam maliyyəsinin mühüm yeniliklərindən hesab olunan sukuklar real aktivlərə söykəndiyi üçün həddindən artıq borclanma riskini məhdudlaşdırır. Bu xüsusiyyət emissiyaların daha balanslı və nəzarət olunan həcmdə həyata keçirilməsinə şərait yaradır, nəticədə maliyyə sisteminin dayanıqlığının güclənməsinə xidmət edir”, - deyə İİB sədri əlavə edib.

Fotoqraf - İlkin Cavanşirov, Orxan Kərimov

Video - Mirrəsul Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью