“Əl Cəzirə” Azərbaycan muğamı barədə veriliş hazırlayıb

24.01.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Qətərin “Əl-Cəzirə” telekanalı Azərbaycan muğamı barədə veriliş hazırlayıb.

Telekanalın əməkdaşı Nik Klark yarım saatlıq verilişdə Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova ilə müsahibəni təqdim edib.

O qeyd edib ki, Alim Qasımov səsi ilə dünya miqyasında izləyiciləri məftun edən sənətkardır, onun ifası qədim hekayələri müasir dünyada aktuallaşdırır.

İfaçılar Alim Qaısmov və Fərqanə Qasımova muğam sənəti barədə fikirlərini bölüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью