“Əl Cəzirə” Azərbaycan muğamı barədə veriliş hazırlayıb VİDEO

21.01.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qətərin “Əl-Cəzirə” telekanalı Azərbaycan muğamı barədə veriliş hazırlayıb.

APA xəbər verir ki, telekanalın əməkdaşı Nik Klark yarım saatlıq verilişdə Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova ilə müsahibəni təqdim edib.

O qeyd edib ki, Alim Qasımov səsi ilə dünya miqyasında izləyiciləri məftun edən sənətkardır, onun ifası qədim hekayələri müasir dünyada aktuallaşdırır.

İfaçılar Alim Qaısmov və Fərqanə Qasımova muğam sənəti barədə fikirlərini bölüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью