Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail əsgərləri fələstinlilərin İordan çayının qərb sahilinin bir sıra qəsəbələrinə girib-çıxmasına mane olaraq nəzarət-buraxılış məntəqələri yaradıb və yolları bağlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, Hebron, Qalkilya, Bethlehem və Salfit, eləcə də bir neçə başqa yaşayış məntəqəsinin bütün girişləri bağlanıb.
Fələstinin "WAFA" xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri bəzi nəzarət-buraxılış məntəqələrinə yaxınlaşmağa çalışan fələstinlilərə həqiqi güllələrdən atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, son günlər İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı zorakılıqlar artıb.
Qadir, Bizimyol.info Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.