“Əl Cəzirə”: Qəzzada epidemiya riski çox yüksəkdir

13.11.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Qəzza zolağında ekoloji vəziyyət fəlakətli səviyyəyə çatır, epidemiya riski çox yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın cənubunda yerləşən Xan Yunis bələdiyyəsinin sədrinə istinadla məlumat yayıb. “Xəstəlik və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üz-üzəyik", - deyə bələdiyyə sədri vurğulayıb. O əlavə edib ki, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində baş vermiş dağıntıların miqyası olduqca böyükdür, bu da zibil və tullantı yerlərinə girişi çətinləşdirir və onların vaxtında daşınmasını qeyri-mümkün edir. Bombardman nəticəsində sektorun bitki örtüyünün 90 faizinin məhv olması vəziyyəti daha da ağırlaşdırır.

Bu ərəfədə BMT-nin İnkişaf Proqramının Qəzza ofisinin rəhbəri Alessandro Mrakic də “Reuters” agentliyinə bildirib ki, anklav tonlarla zibillə doludur və antisanitar şərait yerli əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью