Əl Əhli braziliyalıya görə Real a ağlasığımaz pullar ödəməyə hazırdı

23.01.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistan təmsilçisi "Əl-Əhli" bu yay "Real"ın braziliyalı futbolçusu Vinisius Junioru heyətinə qatmaqda israrlıdı. Sport24.az "Give me Sport"a istinadən xəbər verir ki, ərəblər hətta transferi reallaşdırmaq üçün qarşı tərəfə 350 milyon avro ödəməyə hazırdı. 

Qeyd edək ki, braziliyalı 2018-ci ildən "Kral klubu"nun formasını geyinir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Vinisius cari mövsümdə meydana çıxıdğı 26 matçda 16 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью