Əl Əhli Mark Kasado üçün hərəkətə keçdi

09.08.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu "Barselona"nın gənc yarımmüdafiəçisi Mark Kasadonu transfer etmək üçün hərəkətə keçib.

Fanat.Az jurnalist Saşa Tavolyeriyə istinadən xəbər verir ki, ərəb təmsilçisi futbolçu ilə şəxsi şərtlər əsasında razılığa gələ biləcəyinə əmindir.

Kataloniya klubu da mövsümöncəsi toplanış heyətindən kənarda saxladığı 20 yaşlı orta sahə oyunçusunun satışına isti baxır.

Transferlə bağlı klublararası rəsmi danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью