Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu argentinalı hücumçu Lionel Messini transfer etməyi planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat verib. Messi ilə Amerika klubunun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədər qüvvədədir.
Ərəblər 38 yaşlı hücumçunu müqaviləsi başa şatdıqdan sonra - azad agent kimi almaq istəyirlər.
Mənbənin məlumatına görə, "Əl-Əhli" rəhbərliyi artıq bir neçə həftədir argentinalını bu keçidə razı salmağa çalışır. Danışıqların maliyyə detalları açıqlanmasa da, 2034-cü il dünya çempionatına ev sahibliyi edəcək ölkə Messini öz tərəfinə çəkmək üçün mümkün olan hər şeyi etməyə hazırdır.