“Əl Əhli” Portuqaliya millisinin üzvünü transfer etdi

20.07.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Əl-Əhli" Portuqaliya millisinin üzvü Fransişku Trinkaonu heyətinə qatıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı portuqaliyalı vinger "Sportinq"dən Səudiyyə Ərəbistanı klubuna keçib və 4 illik müqavilə imzalayıb. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
"Əl-Əhli" transferə görə 45 milyon avro ödəyib. Trinkao ötən mövsüm “Sportinq”də 47 görüşdə 11 qol vurub, 15 məhsuldar ötürmə edib.
Qeyd edək ki, portuqaliyalı “Braqa”, “Barselona”, “Vulverhempton” və “Sportinq” klublarının da formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью