Əl Əhli Trinkanı transfer etdi

19.07.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Əl-Əhli" Trinkanı transfer etdi

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Fransişku Trinkanın transferini rəsmən açıqlayıb.

QOL.az xəbər verir ki, portuqaliyalı vinger "Sportinq"dən ayrılaraq yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Transferin maliyyə detalları rəsmi şəkildə açıqlanmasa da, insayder Fabritsio Romanonun məlumatına görə, "Əl-Əhli" bu keçid üçün 45 milyon avro ödəyib. Müqavilədə əlavə 5 milyon avro bonus nəzərdə tutulub.

26 yaşlı futbolçu ötən mövsüm "Sportinq"in əsas simalarından biri olub. O, bütün turnirlərdə 47 oyuna çıxaraq 11 qol vurub və 15 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью