Əl Ərəbiyyə telekanalının Suriyadakı ofisini vuruldu

16.07.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çərşənbə günü İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisləri zədələnib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada gərginlik İsrailin Əs-Suveydaya zərbələrini təzələməsi və həmçinin əsasən druzların yaşadığı şəhərdəki qırğınlardan sonra Suriya ordusunun Dəməşqdəki qərargahına hücum etməsi ilə artıb.

İsrail ordusu druz azlığını hücumlardan qorumaq məqsədi ilə Suriya hökumətinə qarşı hücumları gücləndirərək, Dəməşqdə Suriya Müdafiə Nazirliyinin girişini vurduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью