Əl əyləcini çəkməyi unutdu, maşın geriyə hərəkət edib əvvəlki yerinə qayıtdı VİDEO

30.04.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Bursa şəhərində maraqlı hadisə yaşanıb.

Avtosfer.az xəbər verir ki, sürücüsü əl tormozunu çəkməyi unudan avtomobil öz-özünə geriyə hərəkət etməyə başlayıb.

Ətrafda olan müşahidə kameralarına düşən görüntülərə əsasən, nəqliyyat vasitəsi heç bir digər avtomobilə dəymədən, yolda dönərək öz əvvəlki dayanacaq yerinə qayıdıb.

Hadisə zamanı hansısa qəza hadisəsi baş verməyib və avtomobillərə, mağazalara, eləcə də şəxslərə zərər dəyməyib. Sosial şəbəkələrdə yayılan bu görüntülər isə izləyicilər tərəfindən həm təəccüblə, həm də gülüşlə qarşılanıb.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью