Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 4 iyun, AZƏRTAC
İran və ABŞ münaqişənin həlli üçün dörd mərhələdə həyata keçiriləcək müvəqqəti razılaşmanı təsdiqləməyə yaxındırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziyası mənbələrə istinadən məlumat verib.
Onların məlumatına görə, Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmanın həyata keçirilməsində bir mərhələdən digərinə keçid hər mərhələdə nəzərdə tutulan "öhdəliklərin yerinə yetirilməsindən" sonra baş verəcək.