“Əl Hilal” “Bavariya”nın hücumçusuna görə 150 milyon avro ödəməyə hazırdır

27.07.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Almaniya çempionu “Bavariya”nın hücumçusu Luis Diasın transferi üçün danışıqlar aparır.

İdman.Biz futbol insayderi Saşa Tavoleriyə istinadən xəbər verir ki, Səudiyyə təmsilçisi Kolumbiya millisinin 29 yaşlı futbolçusu üçün 150 milyon avroya qədər transfer haqqı ödəməyə hazırdır. Diasın illik maaşının isə 25 milyon avro olacağı gözlənilir.

Luis Dias 2025-ci ildə “Liverpul”dan “Bavariya”ya transfer olunub. O, ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 51 oyuna çıxaraq 26 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью