Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Əl-Hilal"da Benzema şoku
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Əl Hilal”ın yeni transferi Kərim Benzema zədələnib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı futbolçu məşqdə xəsarət alıb. Onun 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Fransalı forvard Səudiyyə Ərəbistanı Pro Liqasının "Əl-Şəbab" və "Əl-Nəcm"lə qarşılaşmalarını buraxacaq. O, həmçinin Asiya Çempionlar Liqasının 1/8 finalının "Əl-Sədd"lə ilk oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Benzema bu ay “Əl İttihad”dan “Əl Hilal”a keçib. O, yeni klubunda 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.