Əl Hilal dan Hakana şok təklif İllik 20 milyon avro!

03.07.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının təmsilçilərindən olan "Əl-Hilal" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, klub "İnter"dən ayrılması gündəmdə olan Hakan Çalhanoğlu ilə yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, "Əl-Hilal" həmçinin "Qalatasaray"ın da heyətində görmək istədiyi 31 yaşlı türkiyəli yarımmüdafiəçiyə illik 20 milyon avro qazanacağı müqavilə təklif edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı klubu "sarı-qırmızılılar"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhenlə də maraqlanır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Hakan Çalhanoğlunun "İnter"lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Yarımfinalda ulduzlaşdı - "BARSA"YA GEDİR İstefa verdi, sonra geri döndü - Emre Belözoğlu yenidən "Antalyaspor"da "Milan" səfər formasını təqdim edib - FOTO Mourinyodan sürpriz qərar: İrfan Canı əsas qapıçı kimi görür "Qalatasaray"dan Yann Zommer bombası
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью