Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Məhəmməd Salah "Əl-Hilal"a keçə bilər.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin baş məşqçisi Jorje Jezus misirli ulduzun mümken transferi haqda danışıb.
Portuqaliyalı mütəxəssis 32 yaşlı vingeri komandasında görmək istəyir: "Salahı "Əl-Hilal"da görmək istəyərəm.
Komandamıza uyğun bir oyun stilinə sahibdir. Salah kimi böyük futbolçilar qış fasiləsində komandaya qatılmayacaq.
Amma mövsümün sonunda ola bilər". Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir.
Təcrübəli futbolçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 27 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.