“Əl Hilal” İngiltərə klubunun məşqçinin xidmətində maraqlıdır

22.05.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Əl-Hilal" "Nottingem Forest"in baş məşqçisi Nuno Espirito Santonun xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Portuqaliyalı mütəxəssis 2023-cü ildən "Nottingem Forest"ə rəhbərlik edir. O, əvvəllər Səudiyyə Ərəbistanında "Əl-İttihad" klubunda çalışıb.

Qeyd edək ki, 37 turdan sonra aktivində 65 xal olan "Nottingem Forest" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Santo cari mövsümdə 3 dəfə liqada ayın ən yaxşı məşqçisi seçilib. "Əl-Hilal" isə 72 xalla Səudiyyə Ərəbistanı çempionatında ikincidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью